İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.06.2017  13:09 

Ziyafət Əsgərov: “Ölkədə 100 min nəfərə 6 hakim düşür“





A+  A-

"Azərbaycanda məhkəmələrə göstərilən diqqət bu sahəyə inamı artırıb. Məhkəmədə işlərin sayı xeyli artıb. Hakimlər işlərinin vəzifəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışları nəzərə alaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir".
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin növbədənkənar iclasında deyib.

O bildirib ki, ölkə başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilir.

"Vətəndaşlarımız yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizləri verir, məhkəmə rüsumlarını belə elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur".

Z. Əsgərovun sözlərinə görə, ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür.

"Lakin bu rəqəm Avropa ölkələrində 20-dir. Bu baxımdan ölkəmizdə də hakimlərin sayının artırılmasına ehtiyac var".

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycanın məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər.

"Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarların sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq görərik ki, təkcə 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib".

Xəbər 641 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +