İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.04.2017  09:26 

Hacı İbrahim: ““Xəzər adaları”nda işləri bərpa edirəm”





A+  A-

“Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) icrası dayandırılan “Xəzər adaları” layihəsinin reallaşması üçün son tamamlama işlərinin görüldüyünü deyib.
XəzərNews.az xəbər verir ki, bu haqda Modern.az-a məlumat verən iş adamı aprel ayının sonundan etibarən işlərin davam etdiriləcəyini bildirib:

“Xarici investorlarla danışıqlar aparılıb, razılıq əldə edilib. Bu ayın sonundan işlərə başlayacağıq. Kim də bu layihənin reallaşacağına inanmır, inanmasın. Kimlərisə buna inandırmaq məcburiyyətində deyilik”.

Qeyd edək ki, Hacı İbrahim bundan əvvəl Modern.az-a verdiyi açıqlamada 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa işlər görülməyib.

“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir...

Xəbər 1312 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +