İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


31.03.2017  16:45 

”Bunun başqa yolu yoxdur” - Çingiz Qənizadə





A+  A-

İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliklə maliyyə bazarlarına nəzarət orqanının inzibati qərarlarına məhkəmələrdə baxılmasına dair məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
XəzərNews.az bildirir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a dəyişikliklə razı olmadığını açıqlayıb:

“Dünyada qəbul olunmuş qaydalara görə, tərəflərin narazı qaldığı məsələlər məhkəmələr vasitəsilə həll olunur. Hətta Amerikada prezidentin miqrantlarla, müsəlmanlarla bağlı verdiyi qərarı məhkəmələr həll edir. Azərbaycanda banklarla bağlı hansısa məsələnin məhkəmə həllinin olmaması bizi demokratik dəyərlərdən uzaqlaşdıra bilər. Ona görə də mən bu cür yanaşmanın tərəfdarı deyiləm”.

Deputat deyib ki, məhkəmə hakimiyyətin qollarından biridir:

“Ölkədə hakimiyyətin 3 qolu var. Məhkəmə hakimiyyəti anlamı var, mübahisəli məsələlər də bu müstəvidə həll olunmalıdır. Bunun başqa yolu yoxdur”.

Qeyd edək ki, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz. Maliyyə bazarlarına nəzarət orqanının qərarlarının qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə, həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyalarının ödənilməsi formasında tələb edilə bilər. Layihə qəbul ediləcəyi hala maliyyə bazarlarına nəzarət orqanının bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi, ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, resolyusiyası, ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət təbirləri ilə bağlı ərizələrinə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılacaq. Bu ərizələrə baxılması zamanı üçüncü şəxslərin (kreditorlar, vətəndaşlar) cəlb edilməsinə yol verilmir.

Digər təklfi edilən dəyişikliyə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirlərini maliyyə bazarlarına nəzarət orqanının əlverişsiz inzibati aktların şamil edə bilməyəcək.

Qanun layihəsi qəbul olunduğu halda məhkəmə maliyyə bazarlarına nəzarət orqanının inzibati aktının icrasını dayandıra da bilməyəcək. Başqa sözlə, İnzibati Prosessual Məcəlləyə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Layihəyə əsasən isə bu maddələr maliyyə bazarlarına nəzarət orqanının inzibati aktlarına şamil olunmayacaq.


Xəbər 1386 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +