İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.02.2017  23:24 

Bakıda xəstənin qollarını çarpayıya bağlayıb, onu bu hala saldılar - VİDEO





A+  A-

Bakıda reanimasiyaya yerləşdirilən xəstənin qollarını çarpayıya bağlayıblar.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan və dializ xəstəsi olan 55 yaşlı Şahnisə Muxtarova 5 gün əvvəl mədəsində yaranan qanaxma ilə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun sözlərinə görə, həmin gün axşam övladları evə getdikdən sonra tibb bacısından su istəyib və ona ağrıkəsici iynə vurmasını xahiş edib.

Şahnisə Muxtarovanın sözlərinə görə, bir müddət sonra tibb bacısı onun qollarını parça ilə çarpayıya bağlayıb və ona qan köçürüb.

Bir müddət sonra isə Şahnisə Muxtarova özü qollarını aça bilib. Pasiyentin yaxınları deyirlər ki, hadisə ilə bağlı xəstəxana rəhbərliyinə də müraciət ediblər.

Məsələ ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxandan bildirilib ki, bəzi xəstələrə qan köçürülərkən məcburən qolları bağlanır.

Reanimatoloq Kərəm Yaqubovun sözlərinə görə, Şahnisə Muxtarovanın da qolu bu səbəbdən bağlanıb. Qolunda əmələ gələn izlər isə onun xəstəliyi ilə əlaqədardır.

Həkim ekspertlər isə bildirdilər ki, xəstənin qolunun bağlanıb-bağlanmaması həkimdən asılıdır. Yəni qan köçürən həkim pasiyentin göstərdiyi reaksiyadan asılı olaraq onun qolunu bağlaya bilər. Lakin xəstə heç bir mənfi reaksiya göstərmirsə, ekspertlər qolun bağlanmamasını daha məqsədəuyğun sayırlar.


Xəbər 2255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +