Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə


17.02.2017  13:02 

Baş redaktorlar Milli Məclisdə deputatları tənqid etdi





A+  A-


“Mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük divident gətirə bilər”.


XəzərNews.az xəbər verir ki, bunu “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Milli Məclisdə KİV nümayəndələri ilə görüş zamanı çıxış edərkən deyib.


Bəhruz Quliyev bildirib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulması və inkişafının bünövrəsi mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub.


“Məhz ona görə də mətbuat ulu öndəri özünün dostu sayıb. Və sağlam münasibətlər əsasında formalaşan dövlət və mətbuat münasibətləri bu gün çox yaxşı məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, mətbuata olan iradlarını bir başa özü səsləndirib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Bunun nəticəsidir ki, bu gün dövlətin əsas qanadlarından olan parlamentdə geniş görüş keçirilir”.


Baş redaktor bildirib ki, mətbuatı tənqid edərkən, parlementin bəzi nümayəndələrini də tənqid etmək lazımdır.


“Parlamentin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər. Sağlam tənqiddən qaçmaq lazım deyil. Əgər Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətindədir.


Ona görə belə məqamlarda xahiş edirəm ki, bəzi deputatlara, komitə və parlamentlərarası dostluq qruplarının üzvlərinə çatdırın ki, sağlam fəaliyyət göstərən jurnalistlərdən qorxmasınlar. Əksinə belə məqamlarda lazımi məsələləri, qanun layihələrini şərh edib, sərəncamlardan irəli gələn məsələləri ekspert kimi təhlil etsinlər. Buna zərurət var. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirər”.


“Yeni Müsavat” qəzetinin baş redakroru və təsisçisi rəhbəri Rauf Arifoğlu da media-parlament münasibətlərində yaranan gərginliyə bəzən bir sıra millət vəkillərinin özlərinin rəvac verdiyini bildirib.


Görüşdə çıxış edən digər media rəhbərləri də media-parlament münasibətlərinin hasnı formada həllinin tapması, eyni zamanda, medianın üzləşdiyi problem və onun həlli haqqında öz fikirlərini səsləndiriblər.



Xəbər 13825 dəfə oxunub.




16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +