İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.03.2024  15:24 

Zaxarova Paşinyanı tənqid edib





A+  A-

“Xalqı qorxutmaqla Ermənistanı qane edəcək nəticə əldə etmək çətin ki, yaxşı üsul olsun”.

Xəzərnews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məsələləri sakit və konstruktiv manerada həll etmək lazımdır: “Bunun üçün mexanizmlər mövcuddur. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiya var.

Biz bu işə kömək etməyə hazırıq. Bizim heç bir şəkildə Ermənistan rəhbərliyinin səsləndirdiyi qərarla əlaqəmiz yoxdur. Mediadan da, Ermənistan əhalisindən də, xahiş edirik, Ermənistan Baş naziri tərəfindən deyilənlər heç bir şəkildə bizim ölkə ilə assosiasiya edilməməlidir.

Bizimlə heç bir məsləhətləşmə aparılmayıb. Heç təmas olmayıb. Bu, istisnasız olaraq Ermənistan rəhbərliyinin məhz Qərblə, Avropa İttifaqı, NATO ilə məsləhətləşmələrinin əsasında verdiyi qərardır.

Bu, onların məsuliyyət zonasıdır. Orada hansı razılaşmalar olub, hansı qərarlar qəbul olunub, hansı formada onlar (Ermənistanı-red) təhrik ediblər, bu sualları yaxşı olardı ki, birbaşa İrəvana verəsiniz”.

Zaxarova əlavə edib ki, Ermənistan belə qlobal qərarlar verəndən, addımlar atandan sonra bunda ya üçüncü ölkələri, həm KTMT-ni, həm Rusiyanı günahlandırırlar.

“İstərdik ki, qərbli tərəfdaşlarının təsiri altında atılan bütün addımlara görə İrəvanda bunu (bəyanatları-red) səsləndirənlər məsuliyyət daşısınlar. Rusiyanın buna heç bir aidiyyəti yoxdur.

Biz dəfələrlə bu barədə Ermənistanın diqqətinə çatdırmışıq. İndi də qabaqlamaq üçün edirik. Bunu ona görə edirik ki, sonra bizə deməsinlər ki, KTMT-yə və ya Moskvaya görə bunlar baş verdi”, deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb./apa

Xəbər 368 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +