İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.01.2024  03:34 

Fransa məhkəməsi nazirin törətdiyi cinayəti ört-basdır edir





A+  A-

Fransanın ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsi zorlamada təqsirləndirilən daxili işlər naziri Cerald Darmaninin işinin bağlanması ilə bağlı şikayətə baxılmasına fevral ayında qərar verəcək.

Xəzərnews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.

Darmanen haqqında işin xitam verilməsinə qarşı apellyasiya şikayətinin icazəli olub-olmaması ilə bağlı qərar fevralın 14-də açıqlanacaq.

Darmanenə qarşı iş Sofi Patterson-Spatzın 2017-ci ildə verdiyi şikayətdən irəli gəlirdi.

Qadın, o zaman dövlət qulluğu naziri olan Darmanini zorlama, cinsi təcavüz və etibardan sui-istifadədə ittiham edib.

Bu şikayətlə bağlı ilk araşdırma 2018-ci ilin avqustunda Fransa ədliyyəsi tərəfindən cinayət dəlillərinin olmaması səbəbindən bağlanıb. Lakin qadın apellyasiya şikayəti verib. 2020-ci ilin yayında Paris Apellyasiya Məhkəməsi Darmaninə qarşı istintaqın yenidən başlamasına qərar verib.

Dinləmə zamanı Darmanin günahını etiraf edib, lakin bununla bağlı heç bir hüquqi addım atılmayıb. Bunun əvəzində, 24 yanvar 2023-cü ildə Paris Apellyasiya Məhkəməsi nazirə qarşı işin bağlanmasının qanuniliyini təsdiqləyib.

Xəbər 390 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +