Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.12.2023  10:51 

Rusiya Qarabağdan niyə çıxmaq istəmir?





A+  A-

"Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 19-da ilin nəticələrinə həsr olunmuş kollegial iclasda bildirib ki, onların sülhməramlıları "Qarabağda sülhün əsas təminatçısıdır".

Hələ iki ay öncə Qarabağdakı separatçıların lideri tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın buraxılacağını elan edib. Azərbaycan rəsmiləri bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Üstəlik, regiona səfər etmiş BMT missiyasının hesabatına görə, Qarabağda 50-1000 arası erməniəsilli şəxs qalıb, onların çoxu Ermənistana köç edib. Hazırda Ermənistan rəsmiləri də Qarabağla bağlı Azərbaycana ərazi iddialarının olmadığını bildirirlər.

Belə olan halda Rusiya sülhməramlılarının Qarabağda sülhün təminatçısı olduğu ilə bağlı sözlər birmənalı qarşılanmır. Bu açıqlamaya, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Turana bildirib ki, Rusiyaya məxsus həmin hərbi kontingent nə Azərbaycan-Ermənistan sərhədində dayanıb ki, iki tərəf arasında sülhü təmin etsin, nə də Qarabağda artıq kimisə kimdənsə qorumağa ehtiyac var: "Onların artıq ərazimizi tərk etmək vaxtı çoxdan çatıb. Amma indi deyirlər ki, 10 noyabr 2020-ci ildə siz sənəd imzalamısınız və orada yazılıb ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ilə qədərdir".

Deputat qeyd edib ki, ictimaiyyətə məlum olmayan dövlətlərarası danışıqlar, razılaşmalar olur və bu, təbiidir: "Ancaq onlar ərazimizə gələndən sonra sülhü təmin etmək əvəzinə tamamilə başqa işlərlə məşğul olublar. Bu gün də vətəndaşlarımız mina təhlükəsi ilə üz-üzədirlər. Nə qədər insanlarımız müharibədən sonrakı dövrdə minalara düşüb həyatlarını itiriblər, əlil olublar. Bu minalar aşkarlananda görürük ki, əksəriyyətinin istehsal yeri Ermənistan və istehsal tarixi 2021-ci il yazılıb. Müharibə 2020-ci ilin noyabrında başa çatmışdı, deməli, separatçılar həmin minaları Rusiya sülhməramlılarının köməyi ilə Azərbaycan ərazisinə gətirib-çıxarıb".

Oxşar ittihamlar bundan əvvəl də Azərbaycanda səslənib. Amma Rusiya sülhməramlılarının komandanlığı və Ermənistan rəsmiləri belə ittihamları qəbul etməyiblər.

E.Məmmədovun sözlərinə görə, sülhməramlılar onların səlahiyyətlərinə aid olmayan digər fəaliyyətlərlə də məşğul idi: "Ərazilərimizi könüllü tərk edib gedən ermənilərin Laçın sərhəd-buraxılış postunda sənədləri yoxlanarkən minlərlə ermənilərin cibindən Rusiya pasportu çıxdı. O pasportların verilmə tarixi də həmin dövrlərə düşür".

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan və Rusiya rəhbərliyi arasında hansı anlaşmaların olduğu məlum deyil: "Bizim bilmədiyimiz məqamlar ola bilər. Yəni, sülhməramlılar adı altında yerləşdirilən bu kontingent nə qədər qalacaq, sonra onun statusu dəyişəcək və hərbi baza statusu alacaqmı? Şübhələr var ki, bununla bağlı müəyyən razılaşmalar olub".

Ekspertin xatırlamasına görə, Rusiya prezidenti Vladimir Putin və həmin ölkənin xarici işlər naziri Sergey Lavrov əvvəllər deyib ki, Azərbaycanla Ermənistan tələm-tələsik sülh sazişi imzalamamalıdır: "Demişdilər ki, sazişi tələm-tələsik imzalasalar, diqqətdən qaçan hansısa məqamlar ola bilər ki, həmin məqamlar irəlidə iki dövlət arasında problemlərə səbəb ola bilər. Məsələ gələcəkdə həll edilməlidir və o vaxta qədər Rusiya kontingenti Qarabağda qalmalıdır".

A.Qasımlının fikrincə, Rusiya rəhbərliyi Qarabağ məsələsinin qapandığını düşünmür: "Onlar hesab edir ki, erməni əhalisi ora qayıda bilər və bundan sonra çalışacaqlar ki, bu prosesi həyata keçirsinlər. Bu məqsədlə bağlı qarşılarında duran əsas baryer isə məhz Paşinyandır. Onlar Paşinyan hakimiyyətini devirmək istəyirlər ki, onun yerinə öz adamlarını otuzdursunlar, proseslər əvvəlki məcrasına qayıtsın və ermənilərin bir qismi Qarabağa köçsün. Uzun sözün qısası, Rusiya Qarabağdan getmək istəmir".

Bu açıqlamalara Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri tez-tez bəyan edirlər ki, onlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xəbər 581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +