“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.11.2023  16:09 

“Danışıqlarda bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var” - Paşinyan





A+  A-

Hazırda Azərbaycanın Ermənistanla üç prinsip üzrə sülh müqaviləsi imzalamağa razı olub-olmaması hələ də bəlli deyil.

Xəzərnews.az verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların video suallarını cavablandırarkən belə deyib.

O əlavə edib ki, danışıqlar zamanı bu üç prinsip razılaşdırılıb və bu, mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərin (Mişel, Paşinyan, Əliyev) nəticələrində öz əksini tapıb.

“Bu prinsiplərdən birincisi Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasıdır. İkinci prinsip ondan ibarətdir ki, delimitasiya üçün əsas Almatı bəyannaməsidir. Üçüncü prinsip ondan ibarətdir ki, iki ölkə arasında kommunikasiyalar qarşılıqlılıq və bərabərlik prinsipi əsasında ölkələrin yurisdiksiyasına və suverenliyinə hörmətlə açılmalıdır. Biz əminliklə deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə əsaslanan sülh müqaviləsini imzalamaqdan imtina edir. Amma biz onu da deyə bilmərik ki, Azərbaycan bu üç prinsipə sadiqliyini təsdiqləyir. Danışıqlar zamanı bu məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Bildiyiniz kimi, yaxın gələcəkdə ən azı xəritələr və sərhədlərlə bağlı belə bir müzakirənin noyabrın 30-da sərhəd demarkasiyası komissiyalarının iclası formatında keçirilməsi nəzərdə tutulur. Biz bu müzakirələrdən nəticə çıxaracağıq və başqa danışıqlar olarsa, Azərbaycanın bu prinsiplər əsasında danışıqlara hazır olması və ya bu prinsiplərdən imtina etməsi ilə bağlı onlardan nəticə çıxaracağıq. Faktlar ondan ibarətdir ki, bizdə hələ də belə bir inam yoxdur. Baxmayaraq ki, Azərbaycan bəyanat verib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma burada onların Ermənistan Respublikasının ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək lazımdır. Bu məsələlərin aydınlaşdırılması qarşıdakı danışıqlar proseslərinin əsas vəzifəsidir”, - Paşinyan bildirib.

Xəbər 954 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +