“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.11.2022  19:03 

“Sənin dədən camaatın nəyinə lazımdır?!”





A+  A-

Məşhurluq, gündəmdə qalmaq, diqqət mərkəzində olmaq demək olar ki, əksər şou-biznes nümayəndəsinin arzusudur. Bəzən sənət adamları gündəmə gəlmək və bunu uzun müddət saxlamaq üçün əllərindən gələni etməyə çalışırlar. Təəssüf ki, sənət yoldaşlarının “bostanına daş atmaq”, ailə məsələlərini gündəmə gətirmək, kimsə bir addım önə keçibsə ona söz atmaqla gündəmi əldən verməməyə çalışmaq bir çox sənət adamının efirdə görünməyi üçün bəhanəyə çevrilib.

Bəs görəsən, şəxsi həyatları və qalmaqallarla gündəmə gələn müğənnilər nə əldə edirlər?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bu cür söhbətləri gündəm hesab etmədiyini deyib:

“İnanmıram ki, məşhurlar gündəmə görə şəxsi həyatlarında yaşadıqları problemləri çıxıb danışsınlar. Hərənin öz dərdi var. Niyə belə edirlər bilmirəm, bununla necə gündəmə gəlmək olar ki? Bəlkə dərdi-səri olub çıxıb efirdə danışır, amma bu gündəmlik deyil. Bir adam ki, öz ailəsindən, şəxsi həyatından danışır bunun nəyi gündəmdir? Adam şəxsiyyətini hörmətdən salmaz. Birinci insana şəxsiyyətinə, ailəsinə görə hörmət edirlər, nəinki sənətinə görə”.

İfaçı qeyd edib ki, efirdə şəxsi həyatlarından danışaraq daha çox toy qazanacaqlarını düşünən həmkarları yanılırlar:

“Belə gündəmə gəlməklə toylar artmır. Guya bu nə gündəmdir ki, toya da çağıralar. Bunun toy məsələsinə dəxli yoxdur. Daha çox toylara dəvət almaq üçün, məclisi yaxşı aparmaq, yaxşı oxumaq lazımdır. Yoxsa mən çıxım efirdə dədəmdən danışım, toylarım artsın, bu düzgün yanaşma deyil, belə şey ola bilərmi? Belə söhbətlər camaata lazım deyil. Ola bilər ki, hansısa məşhur uzun müddət nəyisə içində saxlayıb, dərd çəkib, sonra çıxıb dərdini danışıb.

Sosial mövzulu verilişlər elə bunun üçün qurulub ki, insanlar gəlib dərdlərini, problemlərini danışsınlar. Amma belə dəvət aldığın hər verilişdə şəxsi həyatın haqqında danışmağın tərəfdarı deyiləm. Bunu etməklə toyların artması qeyri-mümkündür, heç gündəmə gəlmək üçün də bu yaxşı üsul deyil. İnsanın özü camaata maraqlı olmalıdır, onun dədəsi, babası, həyat yoldaşı yox. Müğənni çalışmalıdır ki, insanlara sənəti ilə, insanlığı ilə maraqlı olsun. Bəlkə hansısa ifaçı düşünür ki, ağır həyat hekayəsini danışmaqla insanların ona yazığı gəlib toyuna çağırar, amma səhv düşünür. Onu buna görə heç vaxt məclisə çağırmayacaqlar. Yaxşı olar ki, müğənnilər çıxıb efirdə belə şeyləri danışmasınlar, elə öz içlərində saxlasalar yaxşıdır. Bu nəyə lazımdır? Elə şeylər var ki, əgər düzəlməyəcəksə, heç danışmağın da mənası yoxdur. Olanla ölənə çarə yoxdur. Danışdıqca adam daha da hörmətdən düşür. Mən həmkarlarıma da bunu məsləhət görərdim”.

Qeyd edək ki, son günlər aktrisa Nəzakət Məmmədova, müğənni Günel Ələkbərova (“Pişik” Günel), əməkdar artist Nahidə Orucova şəxsi həyatları ilə bağlı verdikləri açıqlamalarla gündəmə gəliblər.

Xəbər 568 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +