“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


14.05.2021  14:19 

Rəsmi Bakıdan Ermənistana - Çağırış





A+  A-

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə edirik”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi istiqamətində addımlar atır:

“Bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir. SSRİ-nin dağılmasından sonra iki ölkənin müharibə səbəbindən sərhəd xətti olmayıb. İndi tərəflər arasında anlaşılmazlıqlarla müşayiət olunan qarışıq bir texniki proses var. Ermənistan tərəfinin təxribatçı açıqlamaları ölkədəki seçkiöncəsi vəziyyətlə bağlıdır”.

L.Abdullayeva bildirib ki, erməni siyasi və hərbi dairələri təşvişə düşməməlidirlər:

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi gerçəklərini qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız şəkildə gərginləşdirməmələrini tövsiyə edirik.

Belə hadisələr hər iki tərəfin hərbi dairələri arasında qarşılıqlı təmaslar yolu ilə həllini tapa bilər və tapmalıdır”.

Xəbər 1711 dəfə oxunub.




22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +