İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.04.2021  20:25 

Paşinyana qarşı aksiyalara görə cinayət işi açıldı





A+  A-

Paşinyan güc strukturlarına Mehri və Aqarak (Əkərək) şəhərlərinə səfəri zamanı keçirilən etiraz aksiyalarının təşkilatçılarını cəzalandırmağı tapşırıb.
XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Qafanda keçirdiyi iclasda təlimat verib.

“Bugünkü insident qanun pozuntusudur. Hüquq-mühafizə orqanlarının sərt və ictimiayyətə açıq şəkildə görülə bilən reaksiya verəcəklərini gözləyirəm. Ermənistanda cəzasızlıq mühitinə yol vermək olmaz”, - deyə Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla polis rəisi Vaqe Kazaryana müaricət edərək bildirib.

Qeyd edək ki, bundan sonra Paşinyanın Sünikə (Zəngəzura) səfəri zamanı baş verənlərlə bağlı cinayət işi açılıb. Bəzi KİV-in yazdığına görə, Paşinyan hətta Sünik (Zəngəzur) bölgəsinin keçmiş rəhbəri Vahe Akopyanın həbsi ilə bağlı təlimat verib.

Xatırladaq ki, Nikol Paşinyanın Zəngəzur səfəri zamanı sakinlər “Nikol satqındır”, “Nikol get” deyə qışqıraraq baş naziri etirazla qarşılayıblar. Bu səbəbdən Paşinyan Mehri şəhərin tərk etməli olub.



Xəbər 1152 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +