“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.02.2021  13:05 

Bakı metrosu bu tarixdən açılır





A+  A-

“Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az saytına metropoliten işççiləri bildiriblər.

Əldə etdiyimiz məlumatda deyilir ki, “Bakı Metropoliteni” stansiyalarını fevralın 15-dən sərnişinlərin üzünə açacaq, yəni həmin tarixdən metro uzun fasilədən sonra fəaliyyətini bərpa edəcək.

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın metronun açılması ilə bağlı qərarı önmüzdəki həftə ictimaiyyətə elan ediləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi 8-15 fevral tarixlərindən etibarən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa olunacağını bəyan edib. Sonuncu brifinqdə nazir Emin Əmrullayev yuxarı siniflər və ali məktəblərdə əyani tədrisin bərpa olunacağı halda, metronun da açılacağını istisna etməmişdi. Orta və ali məktəblərdə tədrisin əyani şəkildə bərpası metronun açılmasını qaçılmaz edib.

Qeyd edək ki, hazırkı şəraitdə Bakıdakı marşrutlara nə qədər çox avtobus buraxılsa da, şəhərin sərnişin yükünü qaldırmağa qadir deyil, çünki yollardakı sıxlıq buna imkan vermir.

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti koronavirus pandemiyası ilə əlqədar dayandırlıb.

Belə ki, 2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.
4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir...

Xəbər 2088 dəfə oxunub.




22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +