“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.09.2017  23:54 

Sürücülərin nəzərinə - Asta gedən maşınlardan özünüzü qoruyun!





A+  A-

Yol hərəkəti haqqında qanunda bildirilir ki, avtomobili lazımsız yerə az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.
XəzərNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ancaq inzibati xətalar məcəlləsində bununla bağlı cərimə nəzərdə tutulmayıb. Ekspertlərə görə, bu boşluqdan sui istifadə edən sürücülər var. Buna görə də, qanunun təkminləşdirilməyə ehtiyacı var.

Bəzi sürücülər də elə bu şəxs kimi edir. Yəni sürət həddi 120-lik yolda 80-lə, 100-lük yolda isə 60-la maşın sürənlər az deyil. Bu isə digər nəqliyyat vasitələrinə maneələr yaratmaq deməkdir.

Ekspert Azər Allahverənovun sözlərinə görə, yol hərəkəti haqqında qanuna görə, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.

Ekspertə görə, məcəllədə bu qadağa ilə bağlı sanksiyanın nəzərdə tutulmaması sürücülər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır

Azər Allahverənov qeyd edir ki, bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün mütləq qanunvericilik təkminləşdiriləmlidir və bəzi qadağalara görə, cərimə nəzərdə tutulmalıdır.

Sürücülərin bu cür qadağalara məhəl qoymaması qəzaların sayının artmasını qaçınılmaz edə bilər.


Xəbər 1011 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +