“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.05.2017  14:44 

Daha bir təhsil müəssisəsi qarışdı - Deputatın qardaşının kollecində aksiya





A+  A-

Bu dəqiqələrdə Bakı Sosial Pedaqoji Kollecinin müəllimləri etiraz aksiyası keçirirlər.
Məlumata görə, buna səbəb müəllimlərin kütləvi şəkildə ixtisarının gözlənilməsidir.

Aksiyaçılar bildirirlər ki, müəllimlər üçün olacaq imtahandan Təhsil Nazirliyinin xəbəri yoxdur. Tədris hissə müdiri Əsəd İbrahimov isə deyib ki, nazirliyin xəbəri var.

Xatırladaq ki, bundan qabaq Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi yeni qərarı narazılığa səbəb olub.

Qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilib. Bu birləşdirilmə nəticəsində də ixtisarlar olmuşdu.

Onu da deyək ki, kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı Vaqif Əmiraslanovdur. Aksiya barədə əlavə məlumat verəcəyik.

(bakipost.az)

Xəbər 1337 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +