Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.02.2017  15:12 

Qəbulda nə yenilik olacaq? - “İnqilabi dəyişikliklər yaranacaq”





A+  A-

 

Təhsil eksperti Kamran Əsədov təhsil naziri Mikayıl Cabbarovun ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflərinə münasibət bildirib.

XəzərNews.az-ın məlumatına görə, K. Əsədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, nazirin təklifi kifayət qədər mütərəqqi addımdır: “İlk növbədə bunu zəruri edən bir sıra mühüm şərtlər mövcuddur. Birincisi, Azərbaycanda adambaşına ali təhsil alanların sayına düşən göstərici digər ölkələrlə müqayisədə aşağıdır. Yəni bizdə hər min nəfərdən 151-i ali təhsil almaq imkanına malikdir. Bu, ali təhsil müəssisələrinin plan yerlərinə görə belə aşağı rəqəmdir.

İkincisi, hər il 10 mindən çox azərbaycanlı tələbə öz vəsaitləri hesabına xaricdə təhsil almağa gedirlər. Onları bu addımı atmağa məcbur edən məsələ yenə də Azərbaycanda universitetə qəbul ola bilməmələridir. Bu da kifayət qədər böyük məbləğdə pul vəsaitlərinin və insan resurslarının xaricə getməsinə səbəb olur.

Üçüncüsü, məsələ ali məktəblərin maliyyələşdirilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə ali təhsil müəssisələrinin yeganə gəlir yeri tələbələrin təhsil haqqıdır. Amma onlar tələbə qəbulu zamanı plan yerlərini artırsalar buna ehtiyac olmayacaq.

Kamran Əsədovun sözlərinə görə, əslində bu addım gözlənilən idi:

“Çünki TQDK (DİM) bu il üçün qəbul şərtlərini hələ də elan etməyib. Bu, onu göstərir ki, 2017-2018-ci qəbul ili yeni qaydalara uyğun olaraq həyata keçiriləcək. Lakin hesab edirəm ki, dəyişikliklər bu il üçün nəzərdə tutulmayacaq. Bu yeniliklər 2019-cu il üçün nəzərdə tutula bilər. Çünki məhz həmin il yeni təhsil strategiyası - kurrikulum ilə qəbul olmuş şagirdlər məzun olacaq və onların biliklərinin indiki mexanizm və üsullarla yoxlanılması mümkün deyil. Lakin Təhsil nazirinin təklif etdiyi akademik göstəricilərin üstünlüyü indi 10 və 11-ci sinifdə oxuyan şagirdlərə aid deyil. Çünki hazırda orta məktəbdə təhsil alan 10 və 11-ci sinif şagirdlərinin bilikləri beş ballıq şkala ilə qiymətləndirilir. Nəzərə alsaq ki, hər il azı yüz min şagird orta məktəblərdən məzun olur, onların da akademik göstəriciləri böyük faizlə eyni olur, burda bir neçə problem yarana bilər. Belə ki, heç də ali məktəblərə qəbul zamanı yalnız orta məktəblərin məzunları iştirak etmir. Eyni zamanda, peşə məktəblərinin, kolleclərin, ali məktəblərin, xaricdə yaşayan azərbaycanlıların, xarici ölkələ vətəndaşlarının da iştirakı nəzərdə tutulur. Bunların hamısının eyni meyarlar əsasında akademik göstəricilərinin müəyyən edilməsi mümkün deyil. Hesab edirəm ki, Azərbaycan ali məktəblərinə qəbul sistemində inqilabi dəyişikliklər yaranacaq. Bu, həm də repititorluğa ciddi şəkildə zərbə vuracaq”.



Xəbər 1302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +