İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.04.2024  12:04 

“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri





A+  A-

“Diasporla gündəm”də Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzinin rəhbəri Xeyransa Mirzəyeva olub. X.Mirzəyeva ilə "Crocus City Hall"da baş vermiş terror aktından sonra Rusiyada miqrantlara qarşı münasibət, müxtəlif şəhərlərdə xüsusi qrupların gəlmələrə qarşı aqressiya göstərdiyi barədə məlumatların nə dərəcədə dəqiq olub-olmaması, hətta küçələrdə onların Rusiyadan qovulmasını tələb edən afişaların mövcud olub-olmaması, taciklərin kütləvi şəkildə Rusiyanı tərk etməsi, Rusiya hökumətinin ölkəyə gələn miqrantlara qarşı yeni tələbləri kimi məsələlər müzakirə olunub.

Müsahibə zamanı diaspor qurumlarının fəaliyyət göstərdikləri bölgələrdə azərbaycanlılarla iş prinsipləri, Sankt-Peterburqdakı Azərbaycan diasporu və milli-mədəni mərkəzlərin ofis problemi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Rusiyadakı səfirliyinin məsələyə laqeyd münasibəti də müzakirə olunub.

26 ildir Azərbaycan mədəniyyətini Sankt-Peterburqda təbliğ edən X.Mirzəyeva deyib ki, həm Diasporla İş üzrə Dövlət Komitəsinə, həm də Rusiyadakı səfirliyimizə dəfələrlə müraciət etməsinə baxmayaraq, nəyinki kömək göstərilib, heç müraciətinə cavab da verilməyib: “Əksinə, parçalanmanı dərinləşdirirlər.” O, bu yanaşmanın dövlətin elan etdiyi və həyata keçirməyə çalışdığı diaspor siyasəti ilə üst-üstə düşmədiyindən təəssüfləndiyini bildirib.



Xəbər 1962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +