Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


10.12.2021  16:58 

Müharibəsi iştirakçısı problemlər məngənəsində





A+  A-

Bir çox problemləri olan Səxavət Tursun verilişimizə onun üçün çətin görünən problemlərin həllinə nail ola bilmək üçün müraciət edib. Bir az sonra həmin problemlər nədir deyəcəm. Amma əvvəlcə sizə Səxavət haqqında məlumat verim.

Səxavət Vətən Müharibəsi iştirakçısıdır. Müharibənin 3-cü günündə döyüşə qatılıb. Ağdam və Ağdərənin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da isə yaralanıb.

Bunlar müsahibim haqqında qısa məlumat idi. İndi isə problemləri haqqında danışaq. Deməli Səxavət yaralandıqdan sonra şəhadətləndirilməsi üçün Hərbi Həkim Komissiyasından keçib. Lakin ona hərbi xidmətə yararlı olması qərarı verilib. Səhhətində problemlərin olduğunu deyən Səxavət xidmətə yararlı olmadığını iddia edir. Buna görə də yenidən şəhadətləndirilmək istəyir. Digər problemləri isə maddi sıxıntılarla bağlıdır. Bu tam təmirsiz, quru divarlar arasında 5 nəfər daha yaşayır. Səxavətin qardaşları, onların ailəsi və anaları.

Evin şəraitsizliyi,qaz borcu,maddiyatsızlıq bütün bunlar ailəni sıxan problemlərdir. Bütün bu problemlərin həlli yollarına diqqət yetirək. Deməli,bizim müraciətimizdən sonra məsələyə aydınlıq gətirən rayon icra hakimiyyətinin şöbə müdiri bildirdi ki,ailənin ev problemini həll etmək üçün icra hakimiyyətində yetərli büdcə yoxdur.

Azəriqaz istehsalat birliyindən bildirildi ki, qazi Səxavət Tursunun mavi yanacağa olan borcu ilə bağlı ona mərhələli şəkildə ödəniş etmək imkanı veriləcək. O ki qaldı, əlillik təyinatı məsələsinə bu məsələnin həlli üçün də müvafiq quruma müraciət etmişik. Yəni, Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi qısa zamanda bizə məlumat verərək bildirdi ki, əgər vətəndaş əsəb sistemində müəyyən problemlərin olduğunu düşünürsə ruhi əsəb dispanserində stasionar müalicə aldıqdan sonra xəstəxanadan aldığı epikriz də daxil olmaqla müvafiq sənədləri təqdim etməklə yenidən hərbi həkim komissiyasından keçərək şəhadətləndirilə bilər. /Real TV

Xəbər 1031 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +