Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.10.2021  17:51 

21 milyon 673 min manatı mənimsəməkdə ittiham olunan Vidadi Muradov azadlığa çıxır?





A+  A-

“Azərxalça” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Vidadi Muradov həbsdən buraxıla bilər. Sağlıq durumundakı problemlər üzündən onu saxlandığı Bakı İstintaq Təcridxanasından Milli Onkologiya Mərkəzinə köçürüblər. Onkoloji xəstə olan Vidadi Muradovun səhhəti ağır olaraq qalır.

Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar zamanı onun rəhbərlik etdiyi “Azərxalça”dan 21 milyon 673 min manatı mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə Azər-İlmə MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Belə məlumatlar var ki, Vidadi Muradovun xəstəliyi və özünə məxsus “Azər İlmə”ni təhvil verməsi əsas götürülməklə həbsdən buraxıla bilər.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Ali Məhkəmə tərəfindən korrupsiya cinayətləri üzrə məhkəmə praktikasının təkmilləşdirilməsi çərçivəsində vurulmuş ziyanın ödətdirilməsinin əsas meyar kimi götürülməsi tövsiyə olunub: “Qanuna və ölkə başçısının tövsiyələrinə əsasən, hər hansı bir iş üzrə dövlətə və ya ayrı-ayrı şəxslərə ziyan vurulubsa, həmin ziyan ödənilirsə, şəxsi şərti cəzaya məhkum edib buraxmalıdırlar. Yəni dövlətin məqsədi vurulmuş ziyanı ödətdirməkdir. Bu halda Vidadi Muradovun xəstəliyi də nəzərə alınmalıdır. Ekspertiza rəy verməlidir ki, xəstəliyi həbsdə saxlamağa imkan vermir”.

Hüquqşünas deyir ki, bununla belə Vidadi Muradovun barəsində məhkəmə hökmü olmalıdır: “Mümkündür ki, məhkəmə onun barəsində ittihamedici deyil, bəraətverici əsaslarla hökm çıxarsın. Bu halda Vidadi Muradovun üzərinə həbs qoyulmuş əmlakları özünə qaytarılmalıdır. Əgər məhkəmə onun barəsində ittihamedici hökm verərsə, hökm qüvvəyə minəndən sonra həmin əmlaklar hərraca çıxarılmalı, satılmalı və satışdan əldə olunan pulla dövlətə vurulan ziyan qarşılanmalıdır. Vidadi Muradovun əmlakları hərraca çıxarılıb satılandan sonra dövlətə vurulmuş ziyan ödəniləcək. Əgər satışdan ziyandan əlavə məbləğ qalacaqsa, bu halda həmin məbləğ tam şəkildə Vidadi Muradova qaytarılmalıdır”.

Xəbər 1272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +