İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2019  17:11 

ABŞ-ın yeni səfiri: “Azərbaycanın böyük potensialı var”





A+  A-

ABŞ-ın Azərbaycana yeni təyin edilmiş səfiri Örl Litzenberqer Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda qonaq spiker kimi çıxış edib.
XəzərNews.az-ın məlumatına görə, Ö.Litzenberqer “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı Ağ sənəd də daxil olmaqla Azərbaycanın işgüzar mühitinin yaxşılaşdırılmasına kömək etmək üçün göstərdiyi səylərə, habelə Palatanın Azərbaycan hökuməti ilə sahibkarlar və istehlakçılar arasında daha güclü dialoqun aparılmasında və ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərə görə Palataya öz təşəkkürünü bildirib. O həmçinin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı tərəfdaşlığı möhkəmləndirilməsi və daha da inkişaf etməsi üçün konkret və innovativ həll yollarını tətbiq etdiklərinə görə AmCham-a, onun Prezidenti Nuran Kərimova və İcraçı direktoru xanım Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib. Səfir Amerika Birləşmiş Ştatlarının Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını ifadə edib.

O çıxışında bildirib ki, AmCham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyir və təşviq edir. AmCham-ın Azərbaycanda möhkəm biznes əlaqələrinin qurulması və ölkəyə xarici sərmayənin cəlb edilməsi üçün dövlət qurumları ilə islahatları müzakirə etdiyini vurğulayıb: “Mən Azərbaycanın ABŞ və dünyanın digər ölkələri ilə iqtisadi bağlarının möhkəmləndirməsində böyük potensial görürəm. Dövlət rəsmiləri və biznes liderləri ilə söhbət əsnasında bu düşüncələrimdə yalnız olmadığıma əmin oldum.”

Ö.Litzenberqer Birləşmiş Ştatların Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və 2019-cu il 2 yanvar tarixində ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilib. Naharda səfirlə yanaşı, AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Nahar həmçinin AmCham üzvləri tərəfindən keçirilən ayrı-ayrı təqdimatlar ilə yadda qalıb.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 290-dan çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların, təxminən, 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Xəbər 909 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +