İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.06.2017  09:06 

Ərdoğan təsdiqlədi: Türk ordusu Qətərə yerləşir





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbi qüvvələrinin Qətərə yerləşdirilməsi ilə bağlı sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
XəzərNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.
Xatırladaq ki, son günlər Səudiyyə Ərəbistanı başda olmaqla 10-dək ərəb dövlət Qətərlə əlaqəni kəsdiyini bəyan edib.

Onlar həmçinin, Qətərin qonşuları ilə münasibətlərini normallaşdırmaq üçün yerinə yetirməli olacağı tələblərin siyahısını hazırlayırlar.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və onların müttəfiqləri Qətər hökumətinin Yaxın Şərqdə fəaliyyət göstərən ekstremist qrupların mümkün maliyyələşməsini dayandıracağına və “Müsəlman qardaşları” partiyası ilə əlaqələrini kəsəcəyinə əmin olmaq istəyirlər.
Səudiyyə Ərəbistanı və BƏƏ Qətəri Suriya və Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə” ilə bağlı terrorçu qrupları maliyyələşdirməkdə, həmçinin “Müsəlman qardaşları” partiyasının üzvlərinə diplomatik sığınacaq verməkdə ittiham edir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikaları “terrora və ekstremist ideologiyasına dəstək verdiyinə görə” Qətərlə diplomatik əlaqələrini kəsmək, bank əməliyyatlarını dayandırmaq, həmçinin bu ölkə ilə dəniz və quru sərhədlərini bağlamaq barədə qərar qəbul ediblər.
İyunun 6-da Mavritaniya da bu embarqoya qoşulub.

Xəbər 1049 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +