İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.01.2024  21:35 

XİN Nazirləri arasında telefon danışığı olub





A+  A-

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər 504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +