Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


17.04.2023  11:51 

AzərTAC-ın xarici ölkələrdəki müxbir bürolarının sayı azaldılır





A+  A-

AzərTAC-ın xarici ölkələrdə mövcud olan müxbir postlarının sayının azaldılacağı bildirilir.

XəzərNews.az AzərTAC-dakı mənbəyə istinadən xəbər verir ki, bu daha çox xərclərin optimallaşdırılması, operativliyin artırılması və mərkəzləşmə ilə əlaqədardır.

Belə ki, ilk növbədə İranda fəaliyyət göstərən müxbir bürosunun ləğv olunacağı iddia edilir.

Rusiya, Gürcüstan, Ukraynadakı bürolar mərkəzi Moskva olmaqla “MDB bürosu”, Özbəkistan, Qazaxıstan büroları mərkəzi Astana olmaqla “Orta Asiya bürosu”, Almaniya, Rumıniya, Macarıstan və digərləri “Avropa bürosu”, “Pribaltika bürosu” adı altında, hər büro üzrə yalnız 1 müxbirlə fəaliyyətlərini davam etdirəcəklər. Zərurət yaranacağı həmin ölkələrə Bakıdan qısamüddətli ezamiyyətlər həyata keçiriləcək.

Yalnız Türkiyə bürosu olduğu kimi saxlanılacaq. Qeyd edək ki, 2014-cü ilin aprelində AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə nümayəndəsi təyin olunan Sabir Şahtaxtı artıq geri çağırılıb.

Qeyd edək ki, hazırda AzərTAC-ın Türkiyə, İran, ABŞ, Fransa, İtaliya, İspaniya, Özbəkistan, Qazaxıstan, Rumıniya, Ukrayna, Almaniya, Macarıstan, Rusiya, Misir, İordaniya, Pribaltika ölkələri və Gürcüstanda fəaliyyət göstərən müxbirləri var. Bu ölkələrin də bir çoxunun rəsmi xəbər agentliklərinin Azərbaycanda heç bir bürosu fəaliyyət göstərmir.

Bu bürolar çalışıdqları ölkələri daxilində baş verən hadisələri ictimailəşdirmək, işıqlandırmaq missiyasını tələb olunan səviyyədə həyata keçirə bilmirlər.

Verilən məlumata görə, İdarə Heyətinin sədri Vüqar Əliyev bəzi xarici ölkələrdə fəaliyyət göstərən müxbir bürolarının iş prinsipindən, operativliyindən nazarzıdır.

XəzərNews.az
Yusif



Xəbər 945 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +