İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.11.2022  14:07 

Ombudsman başçının müavini barədə protokol tərtib edib məhkəməyə göndərdi, amma...





A+  A-

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı jurnalist sorğusuna natamam, qeyri-dəqiq cavab verən Hacıqabul rayon İcra Hakimiyyəti ilə bağlı inzibati xəta protokolu tərtib edib, məhkəməyə göndərəndə gözləntimiz yaranmışdı ki, nəhayət, qanunun donu açılacaq. Amma olmadı...

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə media hüququ üzrə ekspert Xalid Ağalı çıxış edib.

X.Ağalı bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) “İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması”na görə məsuliyyət nəzərdə tutan 374-cü maddəsi indiyə qədər heş vaxt tətbiq edilməyib:

“Bu işdə jurnalist Şəmistan Həziyev yayda Hacıqabul rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib, “İnformasiya əldə edilməsi haqqında” qanunla açıq sayılan məlumatların ona təqdim edilməsini xahiş etmişdi. Rayon İH-in sorğuya natamam cavab verməsindən Ombudsmana şikayət edilmişdi. Ombudsman isə öz növbəsinddə ilk dəfə olaraq, Hacıqabul İH başçısının müavini barəsində inzibati xəta haqqında protokol tərtib edib Hacıqabul Məhkəməsinə göndərmişdi”.

X.Ağalı qeyd edib ki, hakim Vahid Hacıyev icraata xitam verib:

"Məhkəmə hesab edib ki, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə müddəti ötürülüb. Qanunvericiliyə görə, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qərarı əsaslı araşırma aparılmadan qəbul edib, müddəti informasiya sorğusunun verildiyi tarixdən hesablayıb. Doğrudur ki, informasiya soğrğusu təxminən 5 ay əvvəl verilmişdi. Ancaq sorğunun icrası ilə bağlı jurnalistlə informasiya sahibi arasındakı kommunikasiyalardan 3 aydan artıq vaxt keçməmişdi...
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin informasiya açıqlığına dəstək verən "soyuqlamış" müddəasının işə düşməsi başqa bahara qaldı".

Hacı
XəzərNews.az


Xəbər 456 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +