İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.06.2022  19:29 

“Azərbaycan Dəmir Yolları“ 6 təhsil müəssisəsi ilə əməkdaşlıq edəcək





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə 6 təhsil müəssisəsi arasında əməkdaşlığa dair razılaşma imzalanıb.

Xəzərnews.az xəbər verir ki, bunlar Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizim və Menecment Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzidir.

Məqsəd təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, dəmiryol nəqliyyatının sahələri üzrə araşdırmaların aparılmasına dəstək göstərməkdir.

Razılaşma sənədi universitet və peşə məktəblərinin elmi potensialından istifadə etməklə əlaqələrin qurulması və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Razılaşmaya əsasən, müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr təcrübə proqramlarına cəlb ediləcək, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakı təmin olunacaq. Əməkdaşlıq çərçivəsində peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərinin ADY-də müzakirəsi və istehsal sahələrində istifadə üçün seçilməsi məsələləri də nəzərdə tutulub.

Tədris planlarında və ixtisas fənlərinin sillabuslarının hazırlanması zamanı ADY-nin müvafiq rəyinin nəzərə alınması, bakalavr buraxılış, magistr dissertasiya işlərinə rəhbərlik etmək üçün ADY-nin nümayəndələrinin cəlb olunması da sənədin tərkib hissələrinə aiddir. Gələcəkdə məzunlar ADY-nin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb olunacaq.

Bu əməkdaşlıq elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, dəmir yolu sənayesinin inkişafı perspektivlərinə uyğun olan innovasiya xarakterli elmi nailiyyətlərin kommersiya istiqamətinə yönəldilməsi və formalaşmasına, startap layihələrin reallaşdırılmasını, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Xəbər 940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +