İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.01.2022  13:28 

Nazarbayevə qarşı Tokayev təzyiqlərə başlamışdı...





A+  A-

Mərkəzi Asiyanın ərazicə və iqtisadi cəhətdən böyük ölkəsi olan Qazaxıstanda hakimiyyət bölgüsündə narazılıq və xarici siyasət üzrə Nazarbayev -Tokayev tamdeminin ayrı-ayrı xətti izləməsi, ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi.

N.Nazarbayev Qərblə əlaqələrə üstünlük verir, ABŞ -la ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bunu həyata kecirməyə çalışır və Mərkəzi Asiyada Vaşinqtonun siyasətinin formalaşdırılması istiqamətində siyasət aparırdı.

Prezident K.Tokayev isə, Rusiya və Çinlə siyasi-iqtisadi əlaqələrin inkişafında və bu iki ölkə ilə sıx əməkdaşlıqda siyasət aparırdı. Nəticədə hakimiyyətdə maraqlar toqquşurdu. Artıq post-Nazarbayev dövrü Qazaxıstanın Rusiyadan asılı olması dövrü olacaq.

Qeyd edim ki, Nazarbayevə qarşı Tokayev təzyiqlərə başlamışdı və elbaşını uzaqlaşdırılması istiqamətində müəyyən manevrlər edirdi. Təbii ki, Nazarbayev bu təzyiqlərə qarşı etirazları formalaşdırmaqla, Qərbdən dəstək almağı planlayırdı.

Nəticədə isə, proseslər Tokayevin ssenarisinə uyğun olaraq Rusiyanın dəvət edilməsi ilə nəticələndi. N. Nazarbayevin səssizliyi onun siyasi mübarizədə məğlub olmasıdır.

Demək olar ki, prezident Tokayev Nazarbayevin yaxin qohumlarini yüksək vəzifədən uzaqlaşdırıb. K. Tokayev öz hakimiyyətini qorumaq və gücləndirmək üçün KTMT(Rusiya) ordusnu ölkəsinə dəvət etdi. Bu, Qazaxıstanın müstəqilliyinə vurulan zərbədir.

N. Nazarbayev geopolitik nizamda Mərkəzi Asiyada Qərbin partnojarliğını təmin etmək istiqamətində siyasəti iflas oldu. Rusiya Qazaxıstan siyasəti ilə "sabitləşdirici" ölkə statusu almaqla NATO ilə danışıqlara gedəcək. Prezident V. Putin Ukrayna, Belarus və Qazaxıstan məsələsində Qərblə danışıqlarda əlini xeyli gücləndirib. Amma, bu taktiki gedişdir. Strateji planda Rusiyanın Belarus və Qazaxıstan siyasəti ugurlu olmayacaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini


Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +