İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.12.2021  12:38 

Kadırovdan Ərdoğana TƏHDİD MESAJI: “Ya, qərarını ver...“





A+  A-

Rusiyanın tabeliyində olan muxtar Çeçenistanın prezidenti Ramazan Kadırov Kocaelidə açılan Cevher Dudayev parkına görə Türkiyəni təhdid edib.

Ölkəmizə qarşı təkəbbürlü ifadələr işlədən Kadırov, "Ərdoğana səslənirəm: Qərarınızı verin! Cavab vermək haqqımız var. Məsələn, Öcalanın adının bir parka verilməsi düzgün olardı" deyib.

Kocaeli Körfəz Bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Cevher Dudayev Parkı son bir neçə gündə tamamlanaraq istifadəyə verilib. Rusiyanın Çeçenistanı işğalı zamanı cəbhədə şəhid olan İçkeriya Çeçenistan Respublikasının ilk prezidenti Dudayevi “terrorçu” hesab edən rusiyapərəst Kadırov sərhədləri aşaraq Türkiyəyə və prezident Ərdoğana təkəbbürlü mesaj dərc edib.

Sosial media hesabından açıqlama verən Kadırov parkın açılışından sonra Türkiyəni “terrorçuları dəstəkləməkdə” ittiham edib.

“Çeçenistanda Öcalanın heykəlini tikərik”


Prezident Ərdoğanı da adı ilə hədəfə alan Kadırov, açılan parka cavab olaraq PKK lideri Abdullah Öcalanın adını daşımaqla hədələyib: "Qarşılıq vermək haqqımız var. Məsələn, Qroznıda bir parka ad Öcalanın adını vermək olar".

DUDAYEV TÜRKİYƏNİN ƏSL DOSTU OLUB

11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatına qarşı cihad elan edən və 21 aprel 1996-cı ildə hücumda şəhid olan Dudayev; O, Türkiyəni türk dünyası və İslam dünyası üçün ümid işığı kimi qiymətləndirib. Dudayev açıqlamasında, "Unutulmamalıdır ki, Türkiyə həm türk dünyasının, həm də İslam dünyasının ümid işığıdır. Bu işığın sönməsi həm İslam dünyasının, həm də türk dünyasının qaranlığa qərq olması deməkdir./Türküstan.az


Xəbər 1361 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +