İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.08.2021  16:10 

“Yoluxanların 7-10 faizinin böyrəkləri zədələnib”





A+  A-

“Böyrəklərimiz COVİD virusuna qarşı həssasdır. Belə ki, daxil olan xəstələrdən 7-10 faizinin böyrəkləri zədələnib”.
XəzərNews.az xəbər verir ki, bunu Tibb Universitetinin urologiya kafedrasının doktorantı Araz İbrahimov Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda deyib. O qeyd edib ki, xəstəlik zamanı çox ciddi dərman terapiyası gedir:

“Gündəlik 20-25 tablet içilir bəzən. Ona görə daim qan və sidik analizləri ilə buna nəzarət edirik. Yayılmış pnevmaniya öz-özlüyündə bədəndə oksigen miqdarını azaldır. Həmçinin orqanlarımızda da oksigen çatmır. Buna görə də ikinci bir zədələnmə böyrəklərdə baş verir. Həmçinin COVİD qan laxtalanma sistemində də ciddi pozğunluq yaradır. Laxtalanma sistemində yaranmış pozğunluq damarların endotel qidalarının da zədələnməsinə gətirib çıxarır.

Bu da digər tərəfdən böyrəyimizi zədələyir və ikincili infeksiyalar qoşulur. İnsanlarda ən çox infeksiyaya məruz qalan hissə burun-udlaqla bərabər, böyrəklər və sidik yollarıdır. Orada daim bizi gözləyən mikroblar var. Onlar aktivləşərək böyrəklərimizi zədələyir”.

Xəbər 2160 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +