İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.05.2020  14:53 

MTRŞ telekanallar barədə qərarı ilə bağlı bəyanat yaydı





A+  A-

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarının efirinin məhdudlaşdırılması barədə qərarı ilə bağlı bəyanat yayıb.
XəzərNews.az xəbər verir ki, məlumatda qeyd olunur:

“Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapıb ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanıb. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulub ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcək".

MTRŞ bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir: “Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir”.

Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +