İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.01.2019  09:58 

Cüdoçularımız qızıl və bürünc medallar qazandılar





A+  A-

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin sonuncu günündə Azərbaycan idmançıları qızıl və bürünc medallar qazanıblar.
XəzərNews.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) ardıcıl olaraq türkmənistanlı İhlas Setderovu və kanadalı Mohab El Nahası məğlub etsə də, dörddəbir finalda hollandiyalı Jesper Sminkə uduzub. İdmançımız təsəlliverici görüşdə ABŞ təmsilçisi Kolton Braun və estoniyalı Klen Kristofer Kalyulayd üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Anton Krivobokov ilə üz-üzə gəlib və rəqibini məğlub edib.

Komandamızın üzvü İrina Kinderska (+78 kq) finaldakı rəqibi ukraynalı Yelizaveta Kalaninanı məğlub edərək millimizə qızıl medalı qazandırıb.

Xəbər 1025 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +