İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.06.2018  09:15 

Pambıq tarlasında zəhərli gübrədən niyə istifadə olunur?





A+  A-

Bir sıra rayonlarda pambıq sahələrndə zəhərlənmə halları bəzi məqamları daha aktuallaşdırdı.
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov yazıb. O bildirib ki, pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var. “Bu sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər.



Digər tərəfdən, aqrar sektorda intensiv metodlardan istifadə edilməsinə vacibdir. Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır.

Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq”.

Xəbər 1442 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +