Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


11.11.2017  18:04 

DTX-dan narkotacirlərə qarşı əməliyyat - Girov qoyulan qadın azad edildi





A+  A-

Azərbaycan vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat daxil olub.
DTX-nın İctimai əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.

Hazırda araşdırmalar davam edir.

Xəbər 716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +