İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.08.2017  10:17 

Bakıda “gəzən” təhlükə





A+  A-

İyulun 31-də Sumqayıtda sahibsiz itin 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişlədiyi və azyaşlının quduzluq xəstəliyinə tutularaq dünən vəfat etdiyi haqda məlumat vermişdik.
Sahibsiz itlərin vətəndaşlara hücum etməsi haqda xəbərlər son zamanlar regionlardan da eşidilir (Neftçala, Cəlilabad, Şəki, Ucar, Ağstafa).

XəzərNews.az Milli.az-a istinadən xəbər verir ki, paytaxt da bu təhlükədən sığortalanmayıb. Aylar öncə Bakının Nərimanov rayonunda sahibsiz it təxminən 40-45 yaşlarında bir qadını parçalamışdı. Binəqədi rayonunda da bir uşağı dişləmişdi. Bu qədər faciənin fonunda aidiyyətı qurumlar, hələ də, müşahidəçi mövqeyindədirlər.

"Koroğlu" metro stansiyasının yanında, Olimpiya şəhərciyinin qarşısındakı park tədricən sahibsiz itlərin məskəninə çevrilməkdədir. Sözügedən ərazidə günbəgün artan sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilir. Əhalinin sıx olduğu ərazidə itlərin bir-biri ilə didişməsi artıq sakinlərin adət etdiyi adi hadisəyə çevrilib.

Parkdan çəkilmiş bir neçə fotonu təqdim edirik. Bu görüntülər insanların təhlükənin bir addımlığında olduqlarının göstəricisidir.

Xəbər 1016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +