Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


04.05.2017  19:49 

“Porsche” ilə adam öldürən 14 yaşlı oğlanın cəzası nə olacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcov avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vuraraq öldürüb.
XəzərNews.az xəbər verir ki, Ölkə.Az saytı hüquqşünaslardan 14 yaşlı uşağı hansı cəzanın gözləməsi ilə bağlı açıqlama alıb.

Hüquqşünas Vüqar Səfərli: "Əgər bir şəxs 14 yaşında cinayət törədibsə o yetkinlik yaşına, yəni, 16 yaşına çatmayan şəxsdir. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti az olur. Yetkinlik yaşına çatmayan şəxslər ümumi, ciddi rejimli cəzaçəkmə müəsisələrində cəza çəkmirlər, onlar möhkəm rejimli tərbiyə müəsisələrində cəza çəkirlər.

Həmin uşağa özü istəməsə belə dövlət tərəfindən vəkil təyin olunacaq. Həmin şəxs cinayət məsuliyyəti ilə mühakimə olunmağa yaş həddində belə deyilsə, istənilən halda hakim ona yüngül hökm oxuyacaq".

Hüquqşünas Tahir Əlirzayev: Cinayət məcəlləsinə görə 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. 16 yaşı tamam olmayıbsa, o şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun barəsində tərbiyəvi tədbirlər görüləcək. Uşaqların tərbiyə müəssisələri var, 16 yaşı tamam olmayan şəxslər oraya yerləşdirilir. Bu isə cəza deyil.

Atanın səhlənkarlığı, ehtiyatsızlığı da müəyyən olunmalıdır. Əgər atanın səhlənkarlığı, ehtiyatsızlığı müəyyən olunarsa atanın məsuliyyəti yaranacaq. Əgər məlum olsa ki, atanın xəbəri olmadan uşaq gedib maşını götürüb sürübsə həmin uşaq cinayət məsuliyyətinə cəlb edilmir.

Uşağın vurduğu maddi və mənəvi zərərə görə valideyinləri məsuliyyət daşıyır. Uşağa cinayət məcəlləsi ilə cəza verilməyəcək".

Qeyd edək ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ``Badu kubə`` restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı ``Kalyon`` restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Xəbər 1098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +