İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.04.2017  13:41 

Nazir müavini imtahanlardakı ödənişdən danışdı





A+  A-

“Ölkədə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə bağlı bir sıra normativ sənədlərdə dəyişikliklər edilib. Qəbul imtahanlarının ödənişli olması da bu məqamdan irəli gələn məsələdir”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O, bu ildən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının ödənişli olması nəticəsində sənəd verənlərin sayının kəskin azalması və bunun gənclərin gələcək təhsillərinə necə təsir göstərməsinə münasibət bildirib.
Nazir müavini qeyd edib ki, ancaq ölkə başçısının sərəncamına əsasən, bu il ilk dəfə imtahana müraciət edən şəxslərin imtahanlarda iştirakı dövlət vəsaiti hesabına ödəniləcək:
“Yəni, bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanında iştirak etmək ödənişsiz və pulsuzdur. Ötən illərdən fərqli olaraq tətbiq olunan yeniliklərdən biri də ondan ibarətdir ki, artıq bakalavriatura səviyyəsinə qəbul imtahanlarında abituriyentlər 1 dəfə deyil, 2 dəfə iştirak etmək hüququ əldə edirlər. Bu bir sıra məqamlarda uzun illər mütəxəssislər arasında müzakirə predmeti idi. Bizə bir çox hallarda valideynlər, müəllim kollektivləri tərəfindən müraciətlər olunurdu ki, abituriyentlərə şans bir neçə dəfə verilsin. Çünki burada psixoloji sıxıntı məqamları ola bilərdi. İnsan yalnız bir dəfə imtahanda iştirak etmək imkanının olduğunu biləndə onun üçün müsbət nəticə əldə etmək daha çətin olur. Bu prizmadan yanaşdıqda artıq bu ildən abituriyentlərin imtahanda bir dəfədən artıq, 2 dəfə iştirak etmək hüquqları var. Onlar bundan istifadə də edə bilər, istifadə etməyə də bilər. Birinci dəfə bu imtahanlar ödənişsizdir, yalnız ikinci dəfə imtahanlarda iştirak etdikdə mütləq ödəniş olmalıdır”.

Xəbər 962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +