Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


14.03.2017  12:30 

“Avropa İttifaqının açıqlamasının bizim üçün heç bir dəyəri yoxdur”





A+  A-

“Son günlərdə ölkəmizlə Avropa İttifaqının bəzi üzv dövlətlər arasında yaşananlara dair Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Federika Mogerini və qurumun qonşuluq və genişlənmə məsələləri üzrə məsulu Yohannes Hanın ötən gün verdikləri açıqlama təhrif edilib və yanlış dəyərləndirmədir”.
XəzərNews.az Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu, nazirliyin Avropa İttifaqı rəsmilərinin Türkiyə-Hollandiya münasibətinə dair verdiyi bəyanata münasibətdə bildirilib.
Nazirlik bildirib ki, Avropa İttifaqı yaranmış vəziyyətə obyektiv qiymət verməkdənsə, Türkiyəyə qarşı radikal davranılacağı vurğulayıb.
Sənəddə Avropa İttifaqı rəsmilərinin Türkiyəyə qarşı edilən ədalətsizliyi görməmələri nəzərə çatdırılıb. Hollandiyanın beynəlxalq hüquq normalarını pozduğu qeyd edilib. Avropa İttifaqının Türkiyəyə qarşı əsassız ifadələri də nazirliyin bəyanatında yer alıb: “Bütün bu səbəblərə əsasən Avropa İttifaqının uzağı görməyən, bəsirətsiz açıqlamasının da ölkəmiz üçün heç bir dəyəri də yoxdur”.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı komissiyası Türkiyə və Hollandiya arasında yaranmış gərginliyi nəzərdə tutaraq bildirib: “Türkiyə və Avropa İttifaqına üzv bəzi ölkələr arasında son günlər yaşanan böhrandan sonra mövcud gərginliyi daha da yüksəldəcək açıqlamalardan çəkinmək və vəziyyətin sakitləşməsi üçün həll yolları tapmaq lazımdır. Problemli mövzular yalnız açıq və birbaşa dialoq yolu ilə həll edilə bilər”.

Xəbər 1372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +