“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.01.2024  11:14 

Azərbaycanda korrupsiya: 180 ölkə arasında 154-cü yerdəyik





A+  A-

Beynəlxalq Şəffaflıq Təşkilatı (“Transparency İnternational”) 2023-cü il üçün “Korrupsiya Qavrama İndeksi -2023” adlı hesabatını açıqlayıb.

Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabatda bildirir ki, Azərbaycan korrupsiyanın səviyyəsinə görə 23 balla 180 ölkə arasında 154-cü sırada yer alıb.

Məlumat üçün bildirək ki, hesabat 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.

Qeyd edək ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.

2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu;
2016-cı ildə isə 30 balla 176 ölkə arasında 123-cü;
2017-ci ildə 31 balla 180 ölkə arasında 122-ci;
2018-ci ildə 25 balla 180 ölkə arasında 152-ci;
2019-cu ildə 30 balla 180 ölkə arasında 126-cı;
2020-ci ildə 30 balla 180 ölkə arasında 129-cu;
2021-ci ildə 30 balla 180 ölkə arasında 128-ci;
2022-ci ildə 23 balla 180 ölkə arasında 157-ci;
2023-cü ildə isə 23 balla 180 ölkə arasında 154-cü sırada yer alıb.

Azərbaycanın sonuncu hesabatda mövqeyi əvvəlki illə müqayisədə 3 pillə yaxşılaşıb.
Sıralamadakı mövqeyə gəldikdə isə qeyd edək ki, MDB və region ölkələri arasında ən yaxşı vəziyyət Gürcüstanda qeydə alınıb. Gürcüstan ötən il korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 50-ci sırada (53 bal) qərarlaşıb.

Keçmiş SSRİ və region ölkələri korrupsiya səviyyəsinə görə belə sıralanıblar:

- Estoniya - 12-ci yer (76 bal)
- Litva - 34-cü yer (61 bal)
- Latviya - 36-cı yer (60 bal)
- Gürcüstan - 50-ci yer (53 bal)
- Ermənistan - 62-ci yer (47 bal)
- Moldova - 80-ci yer (42 bal)
- Qazaxıstan - 94-cü yer (39 bal)
- Belarus - 100-cü yer (37 bal)
- Ukrayna - 104-cü yer (36 bal)
- Türkiyə - 120-ci yer (34 bal)
- Özbəkistan - 124-cü yer (33 bal)
- Qırğızıstan - 142-ci yer (26 bal)
- Rusiya - 143-cü yer (26 bal)
- İran - 151-ci yer (24 bal)
- Azərbaycan - 154-cü yer (23 bal)
- Tacikistan - 169-cu yer (20 bal)
- Türkmənistan - 171-ci yer (18 bal)

Dünyada korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələr Danimarka (90 bal), Finlandiya (87 bal) və Yeni Zelandiya (85 bal) hesab olunur. Korrupsiyanın ən aşağı səviyyədə olduğu ölkələrin ilk onluğunu Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya və Lüksemburq tamamlayır.

Ən pis vəziyyət isə Somali, Venesuela, Suriya, Cənubi Sudan, Yəmən, Şimali Koreya, Nikaraqua, Haiti və Ekvatorial Qvineyada qeydə alınıb./Yeniavaz.com



Xəbər 523 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +