Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


15.02.2022  16:57 

NATO baş katibindən Əliyevə zəng gəldi: Məqsəd nədir? – ŞƏRH





A+  A-

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dünyanın ən böyük hərbi-siyasi təşkilatının ofisindən Bakıya edilən zəngin təməli Ukrayna münaqişəsinin müharibə həddinə çatdığı dövrə təsadüf edir.

Bununla da NATO:

1. Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsinin Qərb üçün hərbi-siyasi və iqtisadi üstünlük vəd edəcəyini bildirir. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

2. Rusiya-Ukrayna arasında Azərbaycanın vasitəçiliyinin əhəmiyyətli roluna diqqət çəkir,
3. Bu işdə Azərbaycan-Türkiyə müştərək maraqlarına dəstək verir.

Əliyev-Stoltenberq müzakirələrində Cənubi Qafqazdakı yeni reallıq, Ukrayna ətrafında cərəyan edən proseslər danışıqlar predmetinə daxil olub.

Azərbaycan enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcək, Prezident İlham Əliyev bunu bir daha bildirib.

Azərbaycana olan ehtiyac Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində Qərbin Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı cəbhədə effektiv fəaliyyətini şərtləndirir.

Azərbaycan Ermənistanla müharibəni elə bir konfiqurasiya quraraq apardı ki, bu, Rusiyanın da maraqları ilə toqquşan hala gəlmədi.

Azərbaycan dövlətinin Qərblə Rusiya arasında tarazlayıcı mövqedə durması Bakının önəmini artıran siyasət idi.

Azərbaycanın Rusiya ilə münasibətlərini qoruyub saxlayır, bu, Qərb üçün bir təcrübədir.
Ona görə də, NATO Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün İlham Əliyevin Moskva ilə münasibətlərdəki diplomatik-siyasi təcrübəsindən bəhrələnmək istəyir.

Əliyevlə baş katibin müzakirəsi son zamanlar Kremldən postsovet məkanına gələn təhdidlər fonunda da diqqət çəkir.

Əliyev-Stoltenberq arasındakı telefon danışığının perspektiv nəticəsinə gəlincə, deyə bilərik ki:

- Bakı ilə təmaslar davam etdiriləcək,

- Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Bakının maraqlarına uyğun vasitəçilik səylərini gücləndirmək məcburiyyətində qalacaq,

- Ukrayna münaqişənin tənzimlənməsində Bakının reseptləri Qərb siyasətinin həll paketində yer alacaq.

Aqşin Kərimov

Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +