“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.12.2017  11:46 

“Leyla Şıxlinskaya mənə dedi ki, səni tutduraram”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Ş.Abbasova ifadə verərək deyib ki, hər gün qeydiyyat şöbəsinə yaxınlaşan xəstələr həkimlərə yönləndirilirdi: “Qeydiyyat şöbəsindəki pullar mühasibə göndərilir, xərclər haqda mənə məlumat verilirdi.

Klinikada yoxlama oldu, Leyla xanım onda bizə mükafat verdi, dedi yaxşı işləmisiz. Sonra cinayət işi açıldı və münasibətlərimiz pozuldu. Bir neçə dəfə istefa ərizəsi yazdım, amma Leyla Şıxlinskaya mənimlə barışdı. Axırda sənədlərimi verib çıxdım. Həmin vaxt mən çıxmaq istəyəndə Leyla xanım “səni tutduraram” deyirdi. İşdən çıxdığım gün klinikada yenə yoxlama başladı”.

Proses yanvarın 4-də davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Qeyd edək ki, Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Xəbər 1371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +