“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


25.12.2017  14:21 

Ağ Evdə Putinin adamı var? - Şübhəli şəxs elan olundu





A+  A-

İngilisdilli mətbuat ABŞ prezidenti Donald Trampın ruslarla əlaqəsinə dair yeni materialların dərcinə davam edir.
XəzərNews.az xəbər verir ki, “BuzzFeed” nəşri sabiq britaniyalı kəşfiyyatçının Trampla bağlı hesabatının yeni qalmaqal yaradacağını düşünür.

“Newsweek” nəşri isə öz məqaləsini “Putinin adamı Ağ Evdədir?” başlığı ilə qoyub. Nəşrin fikrincə, Ağ Evdə rusların maraqlarına xidmət edən önəmli şəxs var.

“May ayında Amerikanın milli təhlükəsizliyinə cavabdeh olan əsas şəxslərdən biri rusiyalı nazirlə görüş zamanı ona İsrailin ABŞ kəşfiyyatı ilə bölüşdüyü məxfi sənədi təqdim etdi. Bu addım kəşfiyyatın veteran agentlərini şoka salmışdı. Amerikalı məmur həbs olunmasa da, bu gün də şübhələr altındadır”.

Jurnalist Ceff Steyn bu şübhəli şəxsin Donald Tramp olduğunu qeyd edir. Jurnalist məxfi materialları Trampın xarici işlər naziri Sergey Lavrov və Vaşinqtondakı rusiyalı səfir Sergey Kislyakla görüş zamanı təqdim etdiyini yazır.

“ABŞ və İsrail kəşfiyyatı bu insidenti unutmur. Onlar prezidentə məxfi sənədləri etibar edib-etməmək barədə müzakirə aparırlar”-deyə məqalədə deyilir.

“ABŞ istiblişmentində Trampın Putinin agentinə çevrilməsi barədə şübhələr var. Dekabrın 18-də CNN telekanalına müsahibə verən Hərbi Hava Qüvvələrinin general-leytenantı Ceyms Klepper Putini Trampın oyuncağı adlandırmışdı. Onun fikrincə, "KQB"yə agent toplamış Putin Tramp kimi qiymətli kadrla necə davranmalı olduğunu yaxşı bilir.

Federal Təhqiqatlar Bürosunun keçmiş angeti Eş Ranqap isə Trampı kuratorlar üçün göydəndüşmə hədiyyə sayır.

“O tərifdən çox sevinir və öz fikirlərini həmişə sosial şəbəkələrdə yazır. Tez-tez dövlət rəhbərliyini instinktləri ilə icra etdiyini deyir”.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini Harri Brendon isə Trampı birbaşa ruslara işləməkdə ittiham edir. “Newsweek” nəşri Böyük Britaniya xüsusi xidmət orqanlarının amerikalı həmkarları ilə informasiya bölüşmədiyini və bunun sırf siyasi səbəblərdən baş verdiyini bildirib.

Xəbər 1001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +