“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.09.2017  10:32 

Prezidentin təşəbbüsü ilə dövlət əmlakının siyahısı genişləndirilir





A+  A-

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.
XəzərNews.az-ın məlumatına görə, Prezidentin təşəbbüsü ilə Milli Məclisə qanun layihəsi daxil olub.
Qanun layihəsində dövlət əmlakının təsnifatı genişləndirilir. Qanuna yeni maddə əlavə edilir.

Artıq fundamental və strateji əhəmiyyətli elmi tədqiqat aparan dövlət elmi müəssisələri dövlət əmlakı hesab ediləcək.

Layihədə dövlət əmlakının təsnifatı aşağıdakı kimi müəyyənləşdirilib:

Maddə 6. Dövlət əmlakının təsnifatına aşağıdakılar daxildir:

6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır:
6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak;
6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak;
6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak;
6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak.
6.2. Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan aşağıdakı əmlak növlərinin özəlləşdirilməsi qadağandır:
6.2.1. yerin təki, meşə fondu, su ehtiyatları, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlak, hava məkanı, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun suları, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri;
6.2.2. qorunan və xüsusi qaydada istifadə olunan təbiət əraziləri;
6.2.3. Azərbaycan xalqının tarix və mədəniyyət abidələri (yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla), dövlət muzeyi, dövlət arxivi və mərkəzi dövlət kitabxanasının eksponatları və fondu;
6.2.4. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak;
6.2.5. sanitar-epidemioloji, meşə idarələri, baytarlıq və fitosanitar nəzarəti xidmətləri;
6.2.6. patent xidməti, standartlaşdırma və metrologiya müəssisələri;
6.2.7. dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektləri və qurğuları;
6.2.8. dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər;
6.2.9. narkotik və zəhərli maddələr istehsal edən, habelə onları əkən, becərən, emal edən və saxlayan müəssisələr;
6.2.10. toksiki və ionizə şüaları verən maddələri, radioaktiv tullantıları basdıran müəssisə və obyektlər;
6.2.11. dövlət geologiya, kartoqrafiya-geodeziya hidrometeorologiya xidməti, ətraf mühiti və təbiəti mühafizə xidməti müəssisə və təşkilatları;
6.2.12. mülki-müdafiə və səfərbərlik obyektləri;
6.2.13. islah-əmək və ixtisaslaşdırılmış müalicə-istehsalat müəssisə və obyektləri;
6.1.14. qəbirstanlıq və krematoriyalar;
6.2.15. ixtisaslaşdırılmış dövlət uşaq, körpələr və qocalar evləri;
6.2.16. dövlət icbari ümumi orta təhsil müəssisələri;
6.2.17. əhalinin sosial müdafiəsini təmin edən dövlət müəssisə və təşkilatları;
6.2.18. psixiatriya, psixonevroloji. yoluxucu, onkoloji və dəri-zöhrəvi xəstəliklərin, İÇV-na yoluxmuşların və QİÇS xəstələrin müalicə və profilaktikası üzrə dövlət müəssisələri.
6.2.19. İctimai Televiziya və Radio Yayımları Şirkətinin əmlakı;
6.2.20. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqat aparan dövlət elmi müəssisələri.

Xəbər 805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +