“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


12.04.2017  17:08 

“Rəhbərlik tapşırdı ki, söküntünü dayandıraq” - İcra başçısı





A+  A-

“Sovetski”dəki “Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb”.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakının “Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

İ. Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: “Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibarət edirlər”.

İ. Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda “Sovetski” adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: “Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.

Qeyd edək ki, bu gün Bakının “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidinin söküntüsü bir qrup şəxs tərəfindən narazılıqla qarşılanıb.

Xəbər 962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +