İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.07.2021  12:45 

Kuba 100% effektiv olan vaksin istehsal edib





A+  A-

Kubanın koronavirusa qarşı istehsal etdiyi “Abdala” adlı peyvənd 100%-lik effektivlik göstərib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, “Abdala” peyvəndi kliniki sınaqların üçüncü mərhələsində xəstəliyin ağır formalarına və ölümcül nəticələrə qarşı 100% effektivlik nümayiş etdirib.

Gen Mühəndisliyi üzrə Milli Mərkəzin direktoru Marta Ayala deyib ki, hazırda bu vaksinin effektivliyi ilə bağlı araşdırmanın hədəf kütləsini 300 min nəfərə qədər artırmağı planlaşdırırlar.

Qeyd edək ki, Kuba rəhbərliyi “Abdala” peyvəndinin təcili istifadəsi üçün razılıq verib. Bu peyvənd koronavirusun simptomatik yayılmasına qarşı 92,28% effektivlik nümayiş etdirəndə ölkə belə bir qərar qəbul edib.

“Abdala” peyvəndi üçtərkibli preparatdır. Belə ki, ilk peyvənd vurulduqdan 14 və 28 gün sonra digər dozalar vurulur.

Kuba, həmçinin “Soberana 02” adlı digər bir vaksin də istehsal edib. Bu preparatın iki dozasının effektivliyi 62% təşkil edir. ÜST-nin vaksinlər üçün təyin etdiyi baryer isə 50%-dir.

Xəbər 1439 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +