İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2019  15:23 

“İlin ölkəsi” seçildi





A+  A-

Böyük Britaniyanın “The Economist” jurnalı Özbəkistanı “İlin ölkəsi”seçib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, nəşr 2019-cu ildə dünyanın digər dövlətlərindən fərqli olaraq orada daha müsbət dəyişikliklər olduğunu diqqətə çatdırıb.

Bildirilir ki, Özbəkistan hələ üç il əvvəl “postsovet diktaturası” və “qapalı cəmiyyət” idi.

“Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra əvvəlcə bir az dəyişiklik oldu, ancaq 2018-ci ildə son bir ildə sürətlənən islahatlar aparmağa başladı. Hökümət məcburi əməyi xeyli dərəcədə aradan qaldırdı, “Jaslık” həbsxanasını bağladı, daha çox sərhəd keçid məntəqələri açdı və xarici jurnalistlərin ölkəyə daxil olmasına icazə verdi. Jurnalistlərin fikrincə, ölkə demokratiyadan çox uzaqdır və orada görüləsi işlər çoxdur, lakin 2019-cu ildə başqa heç bir dövlət bu qədər yol keçməyib”,- deyə “The Economist” qeyd edib.

“The Economist” nəşrinin reytinqinə düşən digər ölkələrin sırasına Yeni Zelandiya, Şimali Makedoniya və Sudan da daxil olub.

Xəbər 1353 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +