İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.08.2019  15:11 

Rahidə Baxışovaya 35 min manat “atdılar”





A+  A-

Müğənni Rahidə Baxışovanın evində usta işləyən şəxs ona qarşı dələduzluq edib.
XəzərNews.az-ın “Report”a istinadən xəbərinə görə, bir neçə ay əvvəl müğənninin evində təmir işləri aparmağa söz verən usta ondan 35 min manat pul alıb. Lakin o, sonradan telefon zənglərinə cavab verməyib.

Müğənni ustadan polisə şikayət edib.

Rahidə Baxışova “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə 5 ay bundan əvvəl olub. Həmin tikinti şirkətini bir müğənninin səhifəsində gördüm, reklam edirdi. Mən də evimi təmir etmək istəyirdim, onlarla razılaşdıq. Amma başıma bu hadisə gələndən sonra öyrəndim ki, şirkət bir çox insana qarşı bu əməli edib. Şirkətə 5 aydır ki, zəng edirəm. Bu gün-sabah deyib vaxtı uzadırlar. Demək olar ki, bir adam oturaraq şirkət qurub, bu cür işlərlə məşğul olur. Heç kəs pulu havadan qazanmır. Mən uşaqlarımın boğazından kəsib evimi təmir etmək istəyirdim. Bu mövzunu çox qabartmaq istəmirəm, Əgər belə bir niyyətim olsaydı, həmin şirkət barədə instaqram səhifəmdə paylaşım edərdim”.

Xəbər 1234 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +