İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2019  15:58 

“Eurovision” finalçılarımız təsdiqləndi





A+  A-

“İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq həyata keçirib. Kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından 4-ü finala vəsiqə qazanıb. Həmin 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycanın “Eurovision” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova deyib. O, milli seçim turlarında finala qalan şəxslərin adını açıqlayaraq seçimlərin münsiflər tərəfindən aparıldığını bildirib:

“Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı 4 finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq. Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək”.

Xəbər 1083 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +