İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.01.2018  19:15 

Yanvarın 31-də təbiət hadisəsi olacaq





A+  A-

25 gün sonra, yanvarın 31-də çox nadir hallarda rast gəlinən çox maraqlı bir təbiət hadisəsinə şahidlik edəcəyik.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki,1866-cı ildən bəri yaşanmayan səma hadisəsi 31 yanvar tarixində bir çox ölkədə müşahidə olunacaq. 31 yanvar günü “super ay”, “mavi ay”, və “ qanlı ay” hadisələri eyni anda baş verəcək.

Haqqında bəhs etdiklərimiz nə deməkdir?

Əgər dünya Günəş və Ayın arasına daxil olursa və kölgəsi təmamilə Ayın üzərinə düşürsə bu zaman Ayın təmamilə tutulması hadisəsi baş verir. Bu 2,5 ildən bir olur.Tutulma zamanı dünyanın atmosferindən keçən Günəş şüaları filtrlənmiş olur və Ay səthinə qırmızı tonlar görünür.Buna "qanlı ay" deyilir.

"Mavi ay" termini isə bir ay ərzində ikinci dəfə belə hadisə olduqda baş verir.Bu hadisə də 2,5 ildən bir olur.

Ayın Yerə ən yaxın mövqedə olanda baş verən bədrlənməyə "super ay" deyilir. Bu zaman Ay, normalda olduğundan 30 faiz daha parlaq və 14 faiz daha böyük görünür. Hər 411 gündə bir "super ay" hadisəsi baş verir.

Bu hadisələrin hamısının eyni vaxtda baş verməsi insanlarda maraq oyadır. Bu nadir təbiət hadisəsidir. 1 saat 16 dəqiqə ərzində baş tutacaq tutulma hadisəsi Asiya qitəsi və okean ətrafı ölkələrdə müşahidə olunacaq.

Xəbər 1232 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +