Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.03.2024  16:52 

Təcrübəsiz adamlar necə direktor olur? - “Dostluq, qohumluq əlaqələri...”





A+  A-

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin işdən azad edilməsi halları artıb. Maraqlıdır, görəsən bu vəzifəyə təyin edilən şəxslər niyə etimadı doğrulda bilmir? Təyinat prosesindəki qaydalarda dəyişikliyə ehtiyac varmı?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, bu məsələdə ən əsas problem təcrübəsiz şəxslərin həmin vəzifələrə təyin olunmasıdır:

“Hesab edirəm ki, kolleclər bir müddət öncə universitetlərin tərkibinə verildi ki, burada fəaliyyət düzgün və daha səmərəli şəkildə qurulsun. Kolleclərin fəaliyyəti üçün dövlət tərəfindən bir sıra mühüm qərarlar verildi, addımlar atıldı. Təəssüflə qeyd etmək lazımdır ki, hazırda bəzi kolleclərin fəaliyyətində heç bir dəyişiklik baş vermədiyini görürük. Hələ də bir sıra kolleclərdə rüşvət mövcuddur, təhsil səviyyəsi aşağıdır. Bu prosesə ən çox təsir edən amillərdən biri kadrların düzgün seçilməməsidir. Təyinat zamanı dostluq, tanışlıq, qohumluq əlaqələri əsas götürülür. Hər zaman qeyd etmişəm ki, idarəçilik təcrübəsi olmayan, heç bir yerdə işləməyən bir şəxsin kollecdə, yaxud məktəbdə rəhbər işləməsi qeyd olunan proseslərə öz mənfi təsirini göstərir. Ona görə mütləq direktorların təyinatında bu məsələ nəzərə alınmalıdır”.

Deputat təklif edib ki, sözügedən vəzifəyə təyin olunan şəxslərin ən azından direktor müavini olaraq fəaliyyəti olmalı və bu dövr nəzərdən keçirilməlidir:

“İstər orta məktəbdə, istərsə də kollecdə rəhbər işləyəcək şəxsin bu sahədə təcrübəli olması mütləq yoxlanılmalıdır. Ən azından həmin şəxs öncə direktor müavini vəzifəsində normal fəaliyyət göstəribsə, sonrakı dövrdə onu direktor olaraq iş prosesini müşahidə etmək olar. Bu həssas məsələyə mütləq şəkildə diqqət yetirilməlidir. Eyni zamanda kolleclərin fəaliyyətinə nəzarət ciddi formada gücləndirilməlidir. Neqativ hallara qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Yalnız bu şəkildə həmin sahədəki məqsəd və hədəflərə nail olmaq mümkündür”.

Xəbər 505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +