Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.01.2024  11:19 

«NanoSTEAM real-virtual laboratoriyası» layihəsi başlayıb





A+  A-

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb.

STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur.

2021-2022-ci tədris ilindən Ağdam rayonu üzrə 3 ümumtəhsil məktəblərində STEAM dərsləri tədris olunur.

Pərvinə Zeynalova Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində kimya və STEAM müəllimidir. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində “NanoSTEAM real-virtual laboratoriyası” layihəsi ilə qalib olmuşdur.

Layihənin əsas məqsədi araşdırma və analogiyaya əsaslanan elmi öyrənmə mühitində nanoelm və nanotexnologiya istiqamətindəki anlayışları, yenilikləri, əlçatan təcrübi fəaliyyətləri və onlayn tədris alətlərini şagird və müəllimlərə aşılayacaq məşğələlər təşkil etməklə innovativ peşə və ixtisasların təbliğinə nail olmaqdır. Daha sonra istifadə ediləcək nanotexnologiyalarla bağlı təlim təqdimatları, materialları, təlimat vərəqələri və nano məzmunlu dərs planları hazırlamaqdır.

O, layihənin faydalarından da söz açaraq vurğulayıb ki, ətraf kənd məktəblərindən layihəyə cəlb olunmuş şagird və müəllimlərə təlim və fəaliyyətlər təşkil olunmuşdur.

Təlimlər İTE təlimçisi, biologiya və STEAM müəllimi Rəqşanə Məmmədova tərəfindən həyata keçirilir. Layihə çərçivəsində layihəyə cəlb olunmuş şagirdlərlə Bərdə STEAM Mərkəzinə səfər təşkil olunmuş, mərkəzdə olan otaqlar, fəaliyyətlər və əl işləri ilə tanış olmuşlar. Həmçinin «NanoSTEAM” açıq onlayn vebinarını təşkil edilmiçşdir. Vebinarın təqdimatçısı beynəlxalq STEM konfranslarında və beynəlxalq Scientix portalında nonoelm mövzusunda təqdimatları olmuş, qabaqcıl təhsil işçisi Aliyə Əhmədova olmuşdur.

Növbəti ayda BDU-nun “Nano araşdırmalar mərkəzi”nin rəhbəri Mustafa Muradova ilə onlayn görüş keçirilməsi nəzərdə tutulub. O, şagird və müəllimlərimizə Azərbaycanda nanoelmin tətbiqi vəziyyəti və perspektivləri barədə, «Sabahın alimləri» müsabiqəsində «nano» mövzular haqqında məlumat verəcək. Pərvinə Zeynalova bildirmişdir ki, layihə şagirdləri SAF 2023 müsabiqəsində müxtəlif kateqoriyalar üzrə seçimlərdə iştirak etmişlər. «Mexatronika» kateqoriyası üzrə 110 komanda içində 18-ci yeri tutmuşlar. Həmçinin «Sabahın alimləri» müsabiqəsinə də fərqli kateqoriyalar üzrə 3 komanda layihə vermişdir.

Qeyd edək ki, “Nanoelm-nanotexnologiyalar”la məşğul olmaq müəllim və şagirdlərə gələcək fəaliyyətlərində, fərqli yarış və müsabiqələrdə yeni yanaşma tətbiq edərək nailiyyət qazanmağa zəmin yaradacaqdır.



Xəbər 531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +