Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.12.2023  13:33 

Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim... - Hacı Əliyev





A+  A-

Sərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib.

Xəzərnews.az xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib:

“Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi. Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi. Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək”.

Məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 10-luq tam şəffaf sistemlə hesablanır: “Nazirlik xal sistemi ilə hazırlanan həmin 10-luğun formalaşdığı reytinqi bütün federasiyaların iştirakı ilə birgə hazırlayır. Belə ki, həmin siyahı hər bir federasiyanın təqdim etdiyi hesablama sisteminə əsaslanır.

Ölkə başçısı ilə görüşə gəlincə, sözügedən görüşdə Prezident İlham Əliyevin 20 dekabr 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na, “Tərəqqi” medalına, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş şəxslər, eləcə də mənzil təqdim ediləcək idmançı və mütəxəssislər iştirak edirdilər.

Gənclər və İdman Nazirliyi idman federasiyalarının məsul şəxsləri ilə iki aydan bir keçirdiyi görüşlərdə müzakirələr aparır və hər bir qərar qəbul edilən zaman federasiyaların rəy və təkliflərini nəzərə alır. İnanırıq ki, federasiyalar öz məşqçi və idmançılarına prosesin necə aparıldığını lazımi qaydada izah edə biləcəklər.

Gənclər və İdman Nazirliyi sərbəst güləşçi Hacı Əliyevin ölkə idmanındakı xidmətlərini yüksək qiymətləndirir və ona bundan sonrakı karyerasında da uğurlar arzulayır”.

Xəbər 613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +